...

MN: Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb

Siyasət Materials 6 Oktyabr 2020 01:28 (UTC +04:00)
MN: Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb

Bakı. Trend:

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti