...

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - MN

Siyasət Materials 26 Oktyabr 2020 11:59 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti