Bakı. Elçin Mehdiyev - Trend:
Noyabrın 10-da Azərbaycan tarixində yeni səhifə açıldı, ərazi bütövlüyümüz bərpa olundu.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.
Z.Əsgərov bilirib ki, əgər əvvəllər Dağlıq Qarabağa yüksək status verilməsi nəzərdə tutulurdusa, bu gün artıq bu təklif tarixə qovuşub.
Komitə sədri vurğulayıb ki, bu qələbə uzun müddət görülən işlərin nəticəsidir. Z.Əsgərv bildirib ki, ulu öndər Heydər Əliyev və daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirdi.