...

Azad olunmuş ərazilərdə əməliyyat-axtarış işləri davam etdirilir - ANAMA

Siyasət Materials 2 Aprel 2021 09:44 (UTC +04:00)
Azad olunmuş ərazilərdə əməliyyat-axtarış işləri davam etdirilir - ANAMA

Bakı. Ceyhun Ələkbərov, Samir Əli - Trend:

Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhəri istiqamətində iki ədəd "İskəndər" raketi aşkar edib.

Trend-in məlumatına görə, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, Agentlik tərəfindən bütün işğaldan azad olunmuş şəhər və rayonlarımızda əməliyyat-axtarış işləri davam etdirilir. Dekabr ayından etibarən Şuşa şəhərində də evlərdə, zirzəmilərdə və döyüş getmiş bütün ərazilərdə axtarış aparılıb və 100-dən artıq partlamamış hərbi sursat aşkar edilib.

İ.İsmayılov deyib ki, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti