...

11-ci Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək - Zaxarova

Siyasət Materials 9 Dekabr 2021 18:33 (UTC +04:00)
11-ci Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək - Zaxarova

Bakı. Trend:

11-ci Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz digər ölkələrlə, xüsusilə də Azərbaycanla regionlararası əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Rusiyanın 73 subyekti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı dəstəkləyir. Onlardan 18-i Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlərə malikdir. Rusiya-Azərbaycan regionlararası forumu kifayət qədər tələb olunan məkandır. Gələn il on birincisi olacaq bu tədbir Azərbaycanda keçirilməlidir", - deyə M.Zaxarova bildirib.

XİN nümayəndəsi qeyd edib ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Azərbaycana səfəri uğurlu keçib.

"Bakıda Həştərxan iş mərkəzinin açılış mərasimi keçirilib. Səfərin yekununda Həştərxan vilayəti hökuməti ilə Azərbaycan hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı imzalanıb", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti