...

BMT Baş Assambleyası nasizm və neonasizmlə mübarizə ilə bağlı qətnaməni qəbul edib

Siyasət Materials 17 Dekabr 2021 11:49 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə irəli sürülmüş nasizm və neonasizmlə mübarizə ilə bağlı qətnaməni qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi "Twitter" səhifəsində yazıb.

Sənədin lehinə 130, əleyhinə iki ölkə səs verib. 49 ölkə bitərəf qalıb.

Azərbaycan qətnamənin lehinə səs verib. Sənədin əleyhinə səs verən ölkələr ABŞ və Ukrayna olub.

Türkiyə, Böyük Britaniya, Aİ bitərəflər arasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti