...

Azərbaycan torpaqlarında minaların basdırılması hərbi cinayətdir - Əl-Cəzirə telekanalının departament rəhbəri

Siyasət Materials 31 Mart 2022 12:33 (UTC +04:00)
Azərbaycan torpaqlarında minaların basdırılması hərbi cinayətdir -  Əl-Cəzirə telekanalının departament rəhbəri
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Ağdam. Trend:

İstənilən ölkə ərazisində, o cümlədən Azərbaycan torpaqlarında minaların basdırılması birbaşa həmin ölkənin vətəndaşlarına qarşı, insanlıq əleyhinə hərbi cinayətdir.

Bunu Trend-ə açıqlamasında Ağdama səfər edən Əl-Cəzirə telekanalının insan hüquqları departamentinin rəhbəri Sami Al-Hac deyib.

O bildirib ki, bu əməllər beynəlxalq səviyyədə, beynəlxalq qanunlara əsasən qadağan edilib.

"Biz hazırda Azərbaycanın işğaldan azad olunan ərazisi olan Ağdam şəhərindəyik. Azərbaycan çalışır ki, beynəlxalq təşkilatların köməyi ilə minaların tez bir zamanda təmizlənməsini başa çatdırsın ki, Azərbaycanın sivil vətəndaşları tezliklə doğma torpaqlarınma qayıtsın",- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti