...

Türkiyə və Serbiya liderləri ikitərəfli əlaqələri müzakirə ediblər

Siyasət Materials 5 Aprel 2022 08:18 (UTC +04:00)
Türkiyə və Serbiya liderləri ikitərəfli əlaqələri müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə serbiyalı həmkarı Aleksandr Vuçiç arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunur ki, danışıq zamanı Türkiyə-Serbiya ikitərəfli münasibətlərinin vəziyyəti müzakirə edilib. Liderlər regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıblar.

Vurğulanıb ki, Ukraynadakı hadisələr bütün bölgəni müxtəlif aspektlərdə təsir edir. Rəcəb Tayyib Ərdoğan sülhə nail olmaq üçün səylərin bacibliyini qeyd edib.

O, həmçinin həmkarını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib və səsvermənin nəticələrinin dost serb xalqının xeyrinə olmasını arzulayıb.

Türkiyə Prezidenti iki ölkə arasında son bir neçə ildə qurulmuş dostluq və səmərəli əməkdaşlığın Aleksanr Vuçiçin prezident postunda olduğu müddətdə də möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti