...

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə hər zaman bir yerdədir

Siyasət Materials 14 May 2022 16:28 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə hər zaman bir yerdədir

Bakı. Trend:

Azərbaycan və Türkiyə hər zaman bir yerdədir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti