...

Azərbaycanlı inşaatçılar uzunmüddətli erməni işğalından sonra Şuşanın küçələrini dirçəldirlər - "Reuters"in reportajı (FOTO)

Siyasət Materials 7 İyun 2022 13:10 (UTC +04:00)
Azərbaycanlı inşaatçılar uzunmüddətli erməni işğalından sonra Şuşanın küçələrini dirçəldirlər - "Reuters"in reportajı (FOTO)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı inşaatçılar uzun müddət davam etmiş erməni işğalından sonra Şuşanın küçələrini dirçəldirlər.

Trend-in məlumatına görə, bu barədə "Reuters"in materialında deyilir.

Məqalədə qeyd olunur ki, vaxtilə Şuşa ətrafındakı ərazilər meşəlik təpələrə və mülayim iqlimə görə “Azərbaycanın İsveçrəsi” kimi tanınırdı.

Materialda qeyd olunduğu kimi, erməni işğalı zamanı dağıdılmış şəhər azad edildikdən sonra indi azərbaycanlı inşaatçılar onun küçələrini tədricən dirçəldirlər.

Bildirilir ki, yerli şuranın, polis idarəsinin və baş poçt idarəsinin binaları bərpa olunub, Gövhər ağa məscidinin ətrafında bərpa işləri aparılır.

"Üç hotelin tikintisi Azərbaycan hakimiyyətinə illik Bakı Enerji Həftəsi konfransının keçirilməsi üçün Şuşanı seçməyə imkan verdi. Bu konfrans zamanı məlum oldu ki, BƏƏ-nin “Masdar” şirkəti Azərbaycan üçün 4 giqavatt elektrik enerjisi istehsal edəcək günəş və külək elektrik stansiyaları tikəcək", - məqalədə qeyd olunur.

Müəllif vurğulayır ki, hazırda şəhərdə üç supermarket fəaliyyət göstərir və həftədə beş dəfə avtobuslar Şuşaya Bakıdan yerli turistləri və işçiləri gətirir.

“Mən Şuşaya gələndə burada hər şey dağılmışdı”, - “Azərişıq” ASC-nin əməkdaşı Elxan Quliyev agentliyə bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində şəhərin bərpası istiqamətində xeyli işlər görülüb.

"İşıq və su verilib, müvafiq infrastruktur bərpa olunub. İndi bura çoxlu turistlər və tələbələr gəlir", - E.Quliyev bildirib.

Öz növbəsində, gənc yaşlarında Şuşanı tərk etməyə məcbur olmuş Cahid Ələkbərov hazırda burada inşaatçı işləyir.

“Mən şəhəri bərpa edən şirkətdə işləyirəm”, - deyə o bildirib.

İndi Cahid Ələkbərovun 56 yaşı var və o, keçmiş sakinlərin doğma Şuşaya qayıdacaqları günü səbirsizliklə gözləyir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti