...

Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşüb (FOTO/VİDEO)

Siyasət Materials 8 İyun 2022 20:17 (UTC +04:00)
Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşüb (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin ən böyük təlimlərindən biri olan “EFES-2022” təlimini izləmək üçün Türkiyədə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində paylaşım edilib.

Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri, xüsusilə, hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti