Şuşa. Trend:
Biz mümkün olan hər şeyi etməliyik ki, media etibar edilən struktura çevrilsin.
Trend-in məlumatına görə, bunu Şuşada keçirilən Beynəlxalq Media Forumunda Əl-Cəzirə Media İnstitutunun təlim meneceri Məhəmməd Talal Əbdülkərim deyib.
"Bununla bağlı bizim hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarix yazanlardır. Mən Bakıda olarkən muzeydə son 150 ildə çap olunmuş Azərbaycan qəzetlərini görə bildim. Onların bu günə qədər gəlib çatmasının əsas səbəbi odur ki, onlar etibarlı və oxunaqlıdır", Məhəmməd Talal Əbdülkərim deyib.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu işə başlayıb.
Tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı panel iclasları keçiriləcək.
Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak edirlər.