Bakı. Trend:
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını təqdir edirəm. Gəlin gənclər platformasını gücləndirək, hamı üçün inkluziv və layiqli həyat üçün zəmin yaradaq.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimində iştirakçılara ünvanladığı müraciətində BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib.
O, sammitin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.
Gənclərin qlobal dayanıqlılığın inkişafına töhvə verdiyini diqqətə çatdıran A.Şahid postpandemiya dövründəki bərpada gənclərin aktiv fəaliyyətinə ümid etdiyi bildirib.
O əlavə edib ki, Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün iştirak və mədəni mübadilə istiqamətində platforma təklif edir və bu vacibdir.