...

ABŞ Azərbaycanın 5 erməni hərbçisinin qarşı tərəfə təhvil verməsini alqışlayır - Dövlət Departamenti

Siyasət Materials 9 Sentyabr 2022 08:12 (UTC +04:00)
ABŞ Azərbaycanın 5 erməni hərbçisinin qarşı tərəfə təhvil verməsini alqışlayır - Dövlət Departamenti

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Azərbaycanın 5 erməni hərbçisinin Ermənistana təhvil verməsini alqışlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays “Twitter“də bildirib.

“Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - deyə mətbuat katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti