...

Ermənistan təxribatlar törədərək qəsdən regionda vəziyyəti gərginləşdirir

Siyasət Materials 13 Sentyabr 2022 10:30 (UTC +04:00)
Ermənistan təxribatlar törədərək qəsdən regionda vəziyyəti gərginləşdirir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində ardıcıl təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması regionda sülh və sabitliyin bərqərar olmasına əngəllər yaratmaq, qəsdən regionda vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ermənistan məqsədyönlü şəkildə bu cür hərbi təxribatara əl atır.

“Bütün bunlar Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir. Ermənistan vəziyyəti gərginləşdirməklə 10 noyabr bəyanatının, eləcə də ondan sonra üçtərəfli formatlarda əldə olunan razılaşmaların yerinə yetirilməsini ləngitməyə cəhd edir. Ermənistan eyni zamanda çalışır ki, bu cür təxribatlar törətməklə sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozsun, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitsin, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırsın.

Əlbəttə, Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və layiqli cavab verilib. Ermənistan unutmamalıdır ki, onun heç bir təxribatı cavabsız qalmayacaq və daha ağır itkilərə məruz qalacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan öz işğalçılıq və pozuculuq siyasətini davam etdirərək yenə də təxribatlara əl atır, sülhə təhdidlər yaradır. “Lakin Ermənistan hər dəfə daha da ağır duruma düşür, Azərbaycan Ordusu tərəfindən adekvat cavab alaraq geri çəkilməyə məcbur olur. Ermənistan tərəfi, əslində, vəziyyəti gərginləşdirməkə özünü daha ağır duruma salır. Bundan əvvəlki təxribatların da nəticələri hər kəsə məlumdur.

Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür və bundan sonra da görəcək.

Hazırda yaranmış vəziyyətə görə də bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir və Ermənistan sülhə məcbur edilməlidir çünki Ermənistan təxribatçı əməlləri ilə bütün region təhdid aldında qoyur”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti