Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.
Trend bu barədə "Haber Global"a istinadən xəbər verir.
“Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin”, – deyə o, şənbə günü Malatya şəhərindəki çıxışı zamanı bəyan edib.