Şuşa. Trend:
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə azərbaycanlıların dinc etiraz aksiyası geniş vüsət alır.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçıları Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə edilməsinə qarşı çıxaraq "Laçın yolu sülh yoludur!" şüarını səsləndirirlər.
Erməni mediası azərbaycanlıların guya Laçın yolunu bağladıqları və təminat maşınlarının keçməsinə imkan vermədikləri barədə yalan xəbərlər yayırlar. Amma elə dünən Rusiya sülhməramlılarının iki təminat maşını məhz bu yolda maneəsiz hərəkət etdi və bu, bir daha göstərir ki, iddiaların heç bir əsası yoxdur.
Qarabağda yaşayan ermənilər bilməlidir ki, Azərbaycan dövləti və xalqı onların düşməni deyil. Köçəryan-Sarkisyan mafiyası Qarabağda olan erməniləri öz əsarətində saxladığı, onlardan alət kimi istifadə edərək talançılıq, terrorçuluqla var-dövlət qazandığı kimi, indi də Araik Arutyunyan-Ruben Vardanyan cütlüyü Qarabağ ermənilərindən alət kimi istifadə edirlər.
Qarabağda yaşayan dinc ermənilər bilməlidir ki, Azərbaycan dövləti və xalqı onların düşməni deyil. Onların düşməni, cəlladı Ruben Vardanyan və Araik Arutyunyandır. Onların istəyi Qarabağda hərbi diktatura rejimini bərpa etməkdir. Onların düşməni, cəlladı Ruben Vardanyan və Araik Arutyunyandır, onların istəyi Qarabağda hərbi diktatura rejimini bərpa etməkdir.