Bakı. Trend:
NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində dəyişiklik olub.
Trend-in məlumatına görə, nümayəndə heyətinə rəhbərlik Milli Məclisin deputatı Ziyafət Əsgərova həvalə olunub.
Xatırladaq ki, daha əvvəl nümayəndə heyətinə rəhbərliyi Siyavuş Novruzov edirdi.