...

Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır - Tural Gəncəliyev

Siyasət Materials 16 İyun 2023 11:25 (UTC +04:00)
Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır - Tural Gəncəliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır.

Trend-in məlumatına görə, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ermənistan sülhün əldə edilməsində hələ də maraqlı deyil.

“Ermənistanın milli atributlarında da qonşu dövlətlərə ərazi iddiaları mövcuddur. Ermənistanın gerbində Türkiyənin Ağrı dağı təsvir olunub. Ermənistan bu məsələlərə yenidən baxmalıdır. Onlar o qədər reallıqdan uzaqdır ki, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyəyə qarşı da ərazi iddiaları səsləndirirlər. Bu xəstə təfəkkürün nəticəsidir”, - deyə T.Gəncəliyev bildirib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır. “Son hadisələr, Azərbaycan hərbçisinə açılan atəş qəbuledilməzdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti