...

İran davranışları ilə özünü tam ifşa edib - Deputat

Siyasət Materials 16 İyun 2023 16:18 (UTC +04:00)
İran davranışları ilə özünü tam ifşa edib - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusu 2020-ci il 44 günlük Vətən Müharibəsində düşməni darmadağın etdi. Tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi. İstər işğal dövründə, istər 44 günlük Vətən Müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Azərbaycanın mübarizəsini dəstəkləyən türk və İslam ölkələri bununla, əslində, haqqı dəstəklədiklərini nümayiş etdirdilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət islam dünyasında əlaqələrin inşafına, İslam dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir.

“Lakin təəssüflər olsun ki, biz adında İslam olan bir ölkənin tamamilə fərqli mövqe sərgilədiyinin, işğalın, müharibənin və dağıntının tərəfində olduğunu da müşahidə etdik və hazırda da edirik. Söhbət İrandan gedir”, - deyə o qeyd edib.

V.İskəndərov deyib ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrdən fərqli olaraq, özünü İslam dünyasının maraqlarının müdafiəçisi kimi təqdim edən, əslində isə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən İran davranışları ilə özünü tam ifşa edib.

“Bu ölkə həm işğal dövründə, həm də sonra İslamdan yalnız öz maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə etdiyini hər addımında göstərib. Bu isə qəbuledilməz və üzücüdür”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti