Bakı. Trend:
Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib. Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında Komitə sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, ermənilər siyasi oyunbazlıqla məşğuldurlar.
“Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil”, - deyə Z.Əsgərov əlavə edib.