...

Ermənistan indi kimi aldadır? - İrəvan üçün 3-4 stulda oturmaq ənənə halını alır

Siyasət Materials 20 Oktyabr 2023 17:25 (UTC +04:00)
Ermənistan indi kimi aldadır? - İrəvan üçün 3-4 stulda oturmaq ənənə halını alır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tezliklə İranda "3+3" formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək. Görüşdə Ermənistan da iştiraka razılıq verib.

Ermənistan üçün eyni vaxtda 3-4 stulda oturmaq ənənə halını alır. Paşinyan Strasburqa gedib orada “alqışlar” üçün ənənəvi ritorikasından istifadə edir, eyni vaxtda da İranda keçirilən görüşə qatılır. "3+3" formatının mahiyyəti “region problemlərinin regionda həll olunması” yanaşmasıdır. Rəsmi Bakı regionun inkişafı üçün yeni perspektivlər yaradıb, yeni əməkdaşlıq formatlarının canlanmasına səbəb olub.

Məsələ ilə bağlı Trend-ə politoloq İlqar Vəlizadə bildirib ki, bu Paşinyanın çoxdanki adətidir.

"O düşünür ki, bu formatda bəzi məsələlərdə təklənə bilər. Bu səbəbdən də Qərbə üz tutur. Eyni zamanda Qərb platformalarından istifadə etməklə öz mövqelərinin möhkəmləndirmək istəyir. Belə yanaşmanı özünə arxalanmayan ölkələr edir. Ermənistan üçün eyni vaxtda müxtəlif dövlətlərə sığınmaq adi haldır. Ancaq artıq bunların heç biri fayda vermir. Paşinyanın siyasəti həmişəki kimi yenə də ziddiyyətlidir.

Paşinyan bu yanaşmanı qəbul edirsə, niyə Strasburq, Brüssel, Parisi inadkarlıqla regiona müdaxiləyə çağırır? Ermənistanın potensialına nəzər salsaq görərik ki, bu ölkə heç də öz maraqlarına uyğun təkbaşına siyasət aparmağa qadir deyil. Bu səbəbdən də digər ölkələrə arxalanır. Yəni erməni ənənəsinə sadiq qalıb.

Ermənistanın bu siyasətindən Azərbaycan da, İran da, Türkiyə də narahatdır. Bu ölkələrin heç biri Ermənistanın bu davranışlarını qəbul etmir. Lakin müəyyən şərtlərlə olsa da İran qəbul edir. Bu da İran dəsti-xəttinin təzahürüdür", - deyə o, qeyd edib.

Qeyd edək ki, İranda planlaşdırılan 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüşdə iştiraka Ermənistan da razılıq verib.

Bu, bir daha onu göstərir ki, Ermənistan üçün eyni vaxtda 3-4 stulda oturmaq ənənə halını alır. Onu da xatırladaq ki, "3+3" formatının təşəbbüskarı Prezident İlham Əliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti