...

Ərəb ölkələri İsrailə təzyiq mexanizminə sahib deyillər - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 21 Noyabr 2023 14:17 (UTC +04:00)
Ərəb ölkələri İsrailə təzyiq mexanizminə sahib deyillər - Rufiz Hafizoğlu (VİDEO)

Bakı, Trend:

Ərəb ölkələri İsrailə təzyiq mexanizminə sahib deyillər.

Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

Siyasi şərhçi onu da qeyd edib ki, Qəzzada artıq iki aya yaxındır baş verən münaqişələrdə əziyyət çəkən, təəssüflər olsun ki, mülki vətəndaşlardır.

“Hazırda Qəzza üzərində liderlik məsələsini ələ almaq üçün müsəlman dövlətləri arasında sanki yarış gedir. İran prezidenti İbrahim Rəisinin müxtəlif ölkələrə məktubla müraciət etməsinin heç bir nəticəsi olmayacaq, çünki məktub ünvanlanan ölkələrin İsrailə hər hansı təzyiq mexanizmi yoxdur. İsrail-HƏMAS qarşıdurması və ya bölgədə baş verən münaqişənin açarı Ərəb dövlətləridir”, – deyə o bildirib.

R.Hafizoğlunun sözlərinə görə, Türkiyə Qətər dövləti ilə əməkdaşlıq nəticəsində HƏMAS-a yön vermə mexanizminə sahibdir, lakin bölgədə Türkiyənin aktiv rolunun olmasını, ilk növbədə, Ərəb dövlətləri istəmir.

“Türkiyə bu məsələni beynəlxalq müstəviyə açıq şəkildə daşıya bilər. Lakin bu, məsələnin həllinə ciddi təsir etməyəcək”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti