...

Qəzzada atəşkəsin uzadılması olduqca müsbət haldır - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 28 Noyabr 2023 09:35 (UTC +04:00)
Qəzzada atəşkəsin uzadılması olduqca müsbət haldır - Rufiz Hafizoğlu (VİDEO)

Bakı, Trend:

Qəzzada atəşkəsin uzadılması olduqca müsbət haldır.

Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, politoloq Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

R. Hafizoğlunun sözlərinə görə, humanitar atəşkəsin daha iki gün uzadılması Qətər tərəfindən elan olunub və bu bir daha onu göstərir ki, rəsmi Doha HƏMAS ilə ünsiyyət mexanizminə sahibdir.

Politoloq hesab edir ki, münaqişənin yenidən alovlanması da istisna olunmur.

“İsrail Qəzzada öz hədəflərinə çatmaq niyətindədir, lakin bu düşünüldüyü qədər də asan deyil” – deyə o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti