...

Qərb Ermənistana xristian həmrəyliyi nümayiş etdirir - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 5 Dekabr 2023 09:41 (UTC +04:00)
Qərb Ermənistana xristian həmrəyliyi nümayiş etdirir - Rufiz Hafizoğlu (VİDEO)

Bakı, Trend:

Qərb Ermənistana xristian həmrəyliyi nümayiş etdirir və bu, hər zaman belə olub.

Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Baku TV-də yayımlanan "BAKU Aktual" verilişində deyib.

Ermənistanın Fransa və digər dövlətlər tərəfindən silahlandırılmasına münasibət bildirən R.Hafizoğlu bildirib ki, bu, bölgəni yeni münaqişəyə sövq etmək cəhdidir.

“Ermənistan Qərbin və eləcə də, ABŞ-nin regiondakı “Troya atıdır”, - deyə R.Hafizoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti