...

Türkiyə Yaxın Şərqdə sülhün bərqərar olması üçün ciddi addımlar atır – Rufiz Hafizoğlu

Siyasət Materials 20 Dekabr 2023 10:09 (UTC +04:00)
Türkiyə Yaxın Şərqdə sülhün bərqərar olması üçün ciddi addımlar atır – Rufiz Hafizoğlu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Yaxın Şərqdə sülhün bərqərar olması üçün ciddi addımlar atır.

Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

“Türkiyənin bölgədə atəşkəsin əldə edilməsi istiqamətində atdığı addımlar əvəzsizdir. Lakin İsrail bu təzyiqlərin heç birini qəbul etmir. Hesab edirəm ki, Türkiyə münaqişənin həlli üçün mühüm rol oynasa da, ön planda Qətər, ikinci planda isə Misirin olacağı gözlənilir”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, bu gün Amerika Birləşmiş Ştatları Qəzzada baş verən hadisələrlə bağlı İsrailə dəstək olsa da, əslində, Co Bayden administrasiyası ilə Benyamin Netanyahu hökuməti arasında ciddi anlaşılmazlıq var.

“ABŞ-nin istəyi Qəzzadakı münaqişənin 2024-cü ilə qədər bitməsi idi. Lakin İsrail hökuməti bu çağırışlara məhəl qoymur. İsrailə olan beynəlxalq təzyiq hər gün daha da artacaq”, – deyə R.Hafizoğlu vurğulayıb.

Siyasi şərhçi onu da bildirib ki, Fransanın münaqişəni həll etmək kimi heç bir tarixi təcrübəsi yoxdur.

“Fransa hər zaman münaqişənin bir tərəfi olub. Özünü erməni parlamentariyası kimi aparan Emmanuel Makronun sayəsində Fransa bu təcrübəni heç vaxt əldə edə bilməyəcək. Bu gün Fransa Qəzza məsələsində bitərəf qalır, lakin məhz susqunluq Qəzza probleminin faciə ilə sonlanmasına gətirib çıxarır”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti