...

Seçki Azərbaycanın gələcək inkişafını təmin edəcək - Deputat

Siyasət Materials 18 Yanvar 2024 15:41 (UTC +04:00)
Seçki Azərbaycanın gələcək inkişafını təmin edəcək - Deputat
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev 20 illik hakimiyyəti dövründə Azərbaycan xalqı qarşısında götürdüyü öhdəliklərin hamısını yerinə yetirib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

O qeyd edib ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 20 il müddətində bütün siyasi islahatları həyata keçirib, iqtisadi sahələrini inkişaf etdirib, qeyri-neft iqtisadiyyatının inkişafını təmin edib.

"Bunlarla paralel, ordu quruculuğu sürətlə inkişaf edib. Ordunun madd-texniki bazası formalaşdırılıb, müasir silahların alınması təmin edilib. Beləliklə, Azərbaycanda hüquqi dövlətin inkişafı nöqteyi-nəzərindən kifayət qədər addımlar atılıb. Cənab Prezident İlham Əliyev məcburi köçkünlər qarşısında verdiyi vədlərə əməl etdi və bir ədəd belə çadır şəhərciyi qalmadı.

Eyni zamanda, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ciddi işlər həyata keçirildi. Təxminən 46 minədək məcburi köçkün ailəsinə, yəni 350 min köçkün yeni evlərlə təmin edildi. Bu 20 il ərzində məcburi köçkünlərin bütün sosial-iqtisadi inkişafı məhz cənab Prezidentin diqqət və qayğısı nəticəsində inkişaf etdi.

Eyni zamanda, cənab Prezident bütün platformalarda qeyd edirdi ki, Azərbaycan işğal altında olan torpaqları nəyin bahasına olursa-olsun geri qaytaracaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, pozulmuş sərhədlərimiz yenidən qurulacaq. Azərbaycan 2020-ci il 44 günlük müharibədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı geri qaytara bildi.

2023-cü ilin aprel ayında “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmaqla bütövlükdə 30 il müddətində pozulmuş sərhədlərimizi, ərazi bütövlüyümüzü təmin edə bildik. Ötən ilin 2023-cü ilin sentyabrında cəmi 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bərpa olundu. Beləliklə, ölkə ərazisində separatizmə son qoyuldu. Azərbaycanın gələcək inkişafını təmin etmək məqsədilə xalqımız Prezident İlham Əliyevə səs verəcək", - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti