...

AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir - Sahibə Qafarova

Siyasət Materials 1 Fevral 2024 11:08 (UTC +04:00)
AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir - Sahibə Qafarova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması qərara alınıb. Bu qərar ölkəmizə qarşı irəli sürülmüş qondarma ittihamlara cavab olaraq irəli sürülüb.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin bugün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Qafarova bildirib ki, Avropda müəyyən qüvvələr Azərbaycanın ərazibütövlüyü və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər.

“Həmin qüvvələr sülh və sabitlik üçün göstərilən səylərə ciddi təhlükə yaradırlar. Təssüf ki, AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycana qarşı haqsızlıq və qeyri-obyektivliyin, qərəz və ikili standartların açıq təzahürü olan siyasi aksiyanın həqiqi səbəbləri düşünürəm ki, hamıya məlumdur. Məsələ burasındadır ki, Avropada müəyyən qüvvələr 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər. Burada narahatlıq doğuran məqam odur ki, Cənubi Qafqazda yaranmış yeni reallığın bəziləri tərəfindən qəbul edilməməsi və erməni revanşizminə rəvac verilməsi bölgədə möhkəm və uzunmüddətli sülh və sabitlik yaradılması üçün göstərilən səylərə ciddi təhlükə törədir.

Təəssüf ki, demokratik dəyərləri dəstəklədiyini bəyan edən Avropa Şurasının Parlament Assambleyası məhdud siyasi maraqlarını təmin etməyə çalışan qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir. Parlament Assambleyasının və bütövlükdə Avropa Şurasının nüfuzuna zərbə vuran son hadisə onu da göstərdi ki, indiki dövrdə bu təşkilatı onun bütün üzvlərinin rəyinə hörmət mühitinin hökm sürdüyü həqiqi dialoq və əməkdaşlıq platforması adlandırmaq çətindir ”, - deyə sədr əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti