...

Yunanıstanın Ermənistana dəstəyi regional sülh və təhlükəsizlik üçün böyük təhdid yaradır - ŞƏRH

Siyasət Materials 7 Mart 2024 18:18 (UTC +04:00)
Yunanıstanın Ermənistana dəstəyi regional sülh və təhlükəsizlik üçün böyük təhdid yaradır - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan Ermənistana siyasi dəstək göstərməklə yanaşı, hərbi seqmenti də işə salması regional sülh, sabitlik və təhlükəsizlik üçün böyük təhdid yaradır.

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq planları quran revanşizmi gücləndirən, yeni geosiyasi reallıqları təftiş etmək məqsədi qoyan dövlətdir.

"Bununla yanaşı Yunanıstan, Ermənistan, Kipr geosiyasi oxu yenidən fəallaşır. Vətən Müharibəsindən öncə də biz bu aktivliyi görürdük. Bu hərəkətlənmə şübhəsiz ki, Parisdən idarə olunur. Yunanıstan özü dəfələrlə Türkiyə əleyhinə Fransanın sifarişlərini yerinə yetirib və Türkiyəyə qarşı Fransanın geosiyasi planlarının icraçısı kimi özünü nümayiş etdirib.

Digər tərəfdən Yunanıstan Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Trans Adriatik boru kəməri Yunanıstan ərazisindən keçir və Yunanıstan interkonnektorlar vasitəsilə enerji habına çevrilmək məqsədlərini irəli sürüb. Öz enerji aslılığını aradan qaldırıb və burada Xəzərin Azərbaycan sektorunda hasil olunan qaz hesabına hədəfləri reallaşdırıb.

Azərbaycan bu işğal planlarını təşviq etmək, sözdə "təhlükəsizlik", "demokratiya" dəstəyin ifadə olunması adı altında məkrli planların icrasına icazə verməyəcək", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti