...

İslamofobiyanı yayan mərkəzlər öz məqsədlərinə çatmayacaqlar - ŞƏRH

Siyasət Materials 9 Mart 2024 14:00 (UTC +04:00)
İslamofobiyanı yayan mərkəzlər öz məqsədlərinə çatmayacaqlar - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya, əslində, daima olub və biz müxtəlif əsrlərdə xaç yürüşlərini, müxtəlif müsəlman ölkələrinə, o cümlədən, Osmanlı dövlətinə qarşı da məkirli siyasətləri görmüşük.

Bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, təəssüf doğuran əsas məqam ondan ibarətdir ki, hazırda 21-ci əsr olmasına baxmayaraq və dünyada yeni beynəlxalq nizamın yaranmasından sonra da islamofobiya davam etməkdədir:

"İslamofobiya bu gün uydurma bəhanələrlə həyata keçirilir. Müxtəlif xristian mərkəzləri tərəfindən terrorçu qruplar meydana gəldi ki, onlardan istifadə edirdilər. Bununla da İslamın adına ləkə yaxmağa çalışırdılar. Bu gün biz Fransanın, Qərbdəki ayrı-ayrı mərkəzlərin necə məkirli siyasət apardığını görürük.

Azərbaycan bu günQqərbin üçüncü dünya ölkələrinə qarşı, müəyyən qitələrə qarşı, o cümlədən, Afrikada, Asiyada həmin ölkələrin təqib, yeni müstəmləkəçilik siyasətinə qarşı çox böyük işlər görür.

Həm Qoşulmama hərəkatı çərçivəsində, həm də müəyyən digər beynəlxalq platformalarda buna qarşı daha çox ölkə çıxmağa başladı. Daha çox ölkə qorxmayaraq, çəkinməyərək, öz suveren hüquqlarını bəyan etməyə və Fransa kimi ölkələrə qarşı fəal siyasət aparmağa davam etməyə başladı".

Ekspert qeyd edib ki, 21-ci əsrin sonlarına doğru müsəlmanların Avropada, Qərbdə demoqrafik cəhətdən dəfələrlə çox olacaqlarını və bunun fövqündə digərlərinin ciddi şəkildə çağırışlarla üz-üzə gələcəkləri məlumdur.

"Ona görə də istisna deyil ki, hazırda Qərbin müəyyən mərkəzləri tərəfindən müsəlman dünyasında nifaq salmaq, parçalamaq, ləkələmək istiqamətində yeni bir layihələrin, planların işə düşməsini görəcəyik.

Bakıda son konfranslarda İslama qarşı təqibin, ədalətsiz münasibətin yersiz olduğu ilə bağlı verdikləri bəyanatlar da çox ciddi ismarıclardır və dünya ictimaiyyətinin ən aktual mövzusuna çevrilmiş bir istiqamət olduğunun əsas göstəricisidir.

İslamofobiya ilə bağlı Azərbaycanın timsalında deyə bilərik ki, Ermənistanın ölkəmizə qarşı apardığı işğal siyasəti, bu gün Qarabağ erməniləri ilə bağlı ayrı-ayrı xristian mərkəzləri tərəfindən verilən təyinatlar Avropa parlamentində, Avropa Şurası Parlament Assambleyasında, Avropa İttifaqında Azərbaycana qarşı məkirli siyasətin də arxasında islamofobiyanın, eyni zamanda, türklərə qarşı daimi məkirli planların olduğunu görmüş oluruq.

Bu, davamlı ola bilməyəcək. İslamofobiyanı bu gün yayan mərkəzlər öz məqsədlərinə çatmayacaqlar. Burada çox vacib nüanslardan biri ondan ibarətdir ki, dünyada müsəlman ölkələrinin daha da böyük birliklər yaratmasının, türk ölkələrinin birləşməsinin artıq vaxtı çatıb, ancaq bu həmrəyliklə onlar bu kimi çağırışları dəf edə bilərlər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti