...

Miqrasiya çox ciddi məsələdir, arxasında demoqrafik problemlər dayanır - Qərbi Afrika üzrə baş katibin sabiq xüsusi nümayəndəsi

Siyasət Materials 16 Mart 2024 11:25 (UTC +04:00)
Miqrasiya çox ciddi məsələdir, arxasında demoqrafik problemlər dayanır - Qərbi Afrika üzrə baş katibin sabiq xüsusi nümayəndəsi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Miqrasiya çox ciddi məsələdir. Onun arxasında demoqrafik problemlər dayanır.

Trend xəbər verir ki, bu barədə Qərbi Afrika üzrə baş katibin sabiq xüsusi nümayəndəsi Ahmedou Ould- Abdallah XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Miqrantların təhlükəsizliyi yerli hökümət tərəfindən təşkil edilməlidir. Onlar köçkün olaraq çox aciz həyat sürür. İşsiz qaldıqları üçün mütəşəkkil cinayət qruplarının hədəfinə çevrilir.

Başa düşməliyik ki, problem miqrantlar deyil, miqrasiyaya səbəb olan problemlərdir”,- deyə o bildirib

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti