...

Ruben Vardanyanın adının namizədlər siyahısına salınması Nobel mükafatın nüfuzuna xələl gətirir - The National Interest

Siyasət Materials 14 İyun 2024 17:17 (UTC +04:00)
Ruben Vardanyanın adının namizədlər siyahısına salınması Nobel mükafatın nüfuzuna xələl gətirir - The National Interest
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ruben Vardanyanın adının namizədlər siyahısına salınması Nobel mükafatın nüfuzuna xələl gətirir.

Trend xəbər verir ki, bu barədə Amerikanın beynəlxalq münasibətlər üzrə nəşri olan "The National Interest"da dərc olunan məqalədə deyilir.

Müəllifin məqalədə istinad etdiyi "Troika Laundromat" adlı hesabatda erməniəsilli rusiyalı milyarder, özünü Qarabağdakı separatçıları "lideri" elan etmiş və gəlirlərinin mənbəyi ilə əlaqəli qanunsuz fəaliyyətlə məşğul olan Ruben Vardanyandan bəhs olunur. Beləliklə, məqalədə də vurğulandığı kimi, Vardanyanın adının namizədlər siyahısına daxil edilməsi son dərəcə təəccüb doğurur.

"Nüfuzlu mükafata namizədliyin irəli sürülməsi prosesi dünyada ən şübhəli reputasiyası olan bəzi şəxslər üçün sıfır xərclə pulsuz piar tədbirinə çevrilib", - materialda deyilir.

Müəllif Nobel sülh mükafatının nüfuzuna bu cür xələl yetirilməsinə niyə yol verildiyini soruşur.

"Cavab təəccüb doğuracaq qədər sadədir: onların öz qaydaları onlara 1939-cu ildə olduğu kimi, nüfuza xələl gətirən bu cür nominasiyaların qarşısını almağa mane olur. Nobel sülh mükafatına namizəd kimi görkəmli statusa nail olmaq üçün bu açıq siyahıda bir nəfərin artıq sual olmadan sizi namizəd kimi göstərməsi kifayətdir. Hərçənd Nobel Komitəsi özü adları açıqlamasa da, başqasının, namizədin və ya lobbiçinin uydurma namizədliyi ilə öyünməsinə heç nə mane olmur. Bu sadə fakt Vardanyan kimi insanların niyə namizədliyini irəli sürdüyünü izah edir", - məqalədə deyilir.

Xatırladaq ki, Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti