Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva olub.
O Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesindən danışaraq qeyd edib ki, İrəvan indi Cənubi Qafqazdakı yeni reallıqlara öyrəşməlidir.
"Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra reallığı daha yaxşı anlamağa başlayıb. İndi ermənilərin mifləri məhv olub. Lakin Ermənistanın daxilində ziddiyyətlər var ki, yekun nəticədə həm xarici qüvvələr, həm də sülhün əldə olunmasını istəməyən qüvvələr bundan istifadə edir. Ermənistan indi Cənubi Qafqazdakı yeni reallıqlara alışmalıdır. Çoxları deyir ki, biz sülhə çox yaxınıq, mübahisə doğuran və həll edilməli olan son məsələlər qalıb", - Gülşən Paşayeva deyib.
Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:
(Tərcümə: Rəna Əbdürəhmanova)