...

Prezident İlham Əliyevin tapşırığı ilə FHN-nin 1 yanğınsöndürən təyyarəsi meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə göndərilib

Siyasət Materials 17 Avqust 2024 20:53 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığı ilə FHN-nin 1 yanğınsöndürən təyyarəsi meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə göndərilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz "BE-200ÇS" amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib.

Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti