Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla söhbət edib.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirildi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.