...

Sağlamlığın təşviqi daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir - Teymur Musayev (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2024 11:28 (UTC +04:00)
Sağlamlığın təşviqi daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir - Teymur Musayev (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə müəssisələrinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində keçirilən səhiyyə tədbirində Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazirin sözlərinə görə, sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir.

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”, - deyə Azərbaycanın səhiyyə naziri vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti