...

TDT-yə üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Yaşıl iqtisadiyyat Materials 14 Noyabr 2024 09:25 (UTC +04:00)
TDT-yə üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü keçirilib.

Trend xəbər verir ki, görüşdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ekologiya və təbii sərvətlər nazirləri, həmçinin, TDT-nin Baş Katibi iştirak edib.

Görüşdə, həmçinin, “Nazirlər Bəyannaməsi” imzalanıb.

Bəyannamə özündə TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planını əhatə edir.

Nazirlər və TDT-nin Baş katibi BMT-nin hazırkı iqlim gündəliyinə tam dəstəyini ifadə ediblər və COP29-un ilk günlərində qeyd olunan məqsədlərə əməl olunmasına dair öhdəliklərini təsdiqləyiblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti