Bakı. Trend:
Misirin şimalındakı Port-Səid əyalətində baş verən ağır yol qəzasında 13 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Trend-in məlumatına görə, bu barədə “Akhbar El-Yom” hökumət qəzeti xəbər verib.
Qəza, Matariya-Port-Səid avtomobil yolunun bir hissəsində baş verib, burada yük maşını, avtobus və üç digər avtomobil toqquşub. Hadisə yerinə dərhal təcili yardım və təhlükəsizlik qüvvələri göndərilib, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Baş Prokurorluq hadisənin səbəblərini araşdırmağa başlayıb və qəzanın təfərrüatları üzərində iş aparılır.