...

COP29 çərçivəsində iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya keçirilib (FOTO/VİDEO)

İqtisadiyyat Materials 14 Noyabr 2024 09:18 (UTC +04:00)
COP29 çərçivəsində iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya keçirilib (FOTO/VİDEO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya baş tutub.

Trend xəbər verir ki, iqlim aktivistlərinin keçirdiyi aksiyada "İqlim maliyyəsi üçün pul ver!", "İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!", "İtki və zərər fondunu doldur!", “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti