...

Noyabrın 15-də "yaşıl" böyümə üzrə portal istifadəyə veriləcək - Nazir

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 16:55 (UTC +04:00)
Noyabrın 15-də "yaşıl" böyümə üzrə portal istifadəyə veriləcək - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 15-də "yaşıl" böyümə üzrə portal istifadəyə veriləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov İqlim Dəyişmələri üzrə COP29-un Liderlər Sammiti çərçivəsində "Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi" mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.

"İki gün sonra "yaşıl" böyümə üzrə portal istifadəyə veriləcək, bu portal iş üçün əsas vasitə olacaq. Portal, yaşıl istehsal və ticarətin inkişafı üçün maneələri və ya əksinə, inkişaf yolunu aydın şəkildə göstərən rahat mexanizm təmin edəcək", - deyə o bildirib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti