...

Bayden Braziliyada keçiriləcək G20 sammitində Lula da Silva ilə görüşəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2024 01:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək G20 sammitində iştirak edəcək və tədbir çərçivəsində Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə ikitərəfli görüş keçirəcək.

Trend xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Sammitin gündəliyinə Ukrayna və Yaxın Şərq daxil olmaqla müasir dövrün əsas geosiyasi problemləri, eləcə də aşağı və orta gəlirli ölkələrin dövlət borcları və maliyyə məsələləri daxildir. Vaşinqton bu məsələlər üzrə müəyyən irəliləyiş əldə etməyi gözləyir.

“Prezident Bayden Braziliya prezidenti Lula da Silva ilə görüş keçirəcək. Son dörd ildə liderlər arasında güclü və məhsuldar əlaqələr formalaşıb və onlar bu görüşü səbirsizliklə gözləyirlər,” - deyə Sallivan bildirib.

G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində yerləşən Rio-de-Janeyroda baş tutacaq. İclasa ev sahibi kimi Lula da Silva rəhbərlik edəcək, Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Xəbər lenti

Xəbər lenti