...

Tramp ədliyyə naziri və baş prokuror vəzifələrinə namizədini açıqlayıb

Dünya xəbərləri Materials 14 Noyabr 2024 05:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp, Ədliyyə naziri və Baş prokuror vəzifələrinə konqresmen Mett Getsin namizədliyini irəli sürdüyünü bildirib.

Trend xəbər verir ki, Trampın bəyanatında, “Konqresmen Mett Getsin ABŞ-ın Baş prokuroru vəzifəsinə namizəd göstərilməsindən şərəf duyuram,” ifadələri yer alıb.

Qeyd edək ki, Tramp daha əvvəl Pentaqon rəhbəri vəzifəsinə amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif etmişdi. Tramp, Heqseti “sərt və ağıllı” bir lider kimi xarakterizə edərək, onun ABŞ-ın birinci yerdə olmasına inandığını vurğulamışdı.

Xəbər lenti

Xəbər lenti