...

NDC tərəfdaşlığı dünya ölkələrini dəstəkləməyə davam edir - Ruandalı nazir

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 12:49 (UTC +04:00)
NDC tərəfdaşlığı dünya ölkələrini dəstəkləməyə davam edir - Ruandalı nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Müəyyən Edilmiş Töhfələr (NDC) tərəfdaşlığı iqlimlə bağlı öhdəliklərini icra edilə bilən planlara çevirməkdə dünya ölkələrini dəstəkləməyə davam edir.

Trend xəbər verir ki, bunu Ruandanın ətraf mühit naziri Valentin UvamariyaCOP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib.

"NDC tərəfdaşlığı davamlı və ədalətli gələcəyi təmin etmək üçün kollektiv əzmimizi bir daha təsdiq edir. 2030-cu ilə qədər cəmi altı il müddətində istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq məqsədimiz təkcə ambisiya deyil, həm də konkret fəaliyyət tələb edir.

NDC tərəfdaşlığı iqlimlə bağlı öhdəliklərini milli inkişaf və davamlılığı inkişaf etdirən fəaliyyət planlarına çevirməkdə dünya ölkələrini dəstəkləməyə davam edir", - o bildirib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti