Bakı. Trend:
"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Trend xəbər verir ki, "Bavariya" gənc futbolçunu transfer etmək istəyir. Bu barədə Almaniya mediası məlumat yayıb.
Münhen klubu mövsümün sonunda Fil Dişi Sahili milli komandasının üzvü üçün "Sportinq"lə danışıqlara başlayacaq. Portuqaliya təmsilçisi oyunçusunu 50-60 milyon avroya satmağa hazırdır.
İngiltərə Premyer Liqasından da bir neçə klub afrikalı mərkəz müdafiəçisinə maraq göstərir.
Qeyd edək ki, "Sportinq" Usman Diomandeni ötən ilin yayında "Midtjyulland"dan transfer edib. Gənc futbolçu bu mövsüm Lissabon klubunun heyətində 14 rəsmi oyunda meydana çıxıb.