Bakı. Trend:
İtaliyalı məşqçi Klaudio Ranyeri "Roma" futbol klubuna qayıdışını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb. Bir müddət əvvəl 73 yaşlı mütəxəssisin "Roma"ya yenidən baş məşqçi olaraq qayıtmağa hazır olduğu barədə xəbərlər yayılmışdı.
Klub rəhbərliyi ilə Ranyeri mövsümün sonuna qədər əmək müqaviləsi bağlamağa razılaşıb və hazırda müqavilənin son detallarını müzakirə edirlər.
Qeyd edək ki, Ranyeri ötən yay təqaüdə çıxmışdı və onun son iş yeri "Kalyari" olub. Ranyeri daha əvvəl 2009-2011-ci illər və 2019-cu ilin mart-iyun aylarında "Roma"ya rəhbərlik edib.