...

Saymon Stil yerli icmaların və biznesin iqlim dəyişikliyi ilə mübarizədə rolunun gücləndirilməsinə çağırıb

İqtisadiyyat Materials 13 Noyabr 2024 17:49 (UTC +04:00)
Saymon Stil yerli icmaların və biznesin iqlim dəyişikliyi ilə mübarizədə rolunun gücləndirilməsinə çağırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkələri real iqlim həllərinin qəbul edilməsi üçün qeyri-dövlət tərəfdaşlarının – biznesin, yerli icmaların, şəhərlərin və vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməyə çağırıram.

Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda COP29 çərçivəsində bildirib.

O, vədlərin reallığa çevrilməsi üçün əhəmiyyətli nəticələrin əldə olunmasının vacibliyini vurğulayıb və qeyri-dövlət tərəfdaşlarını yerli səviyyədə fəaliyyət göstərməyə və dövlətin səylərinə əlavə olaraq özəl maliyyəni cəlb etməyə verdikləri töhfəyə görə təqdir edib.

"Son üç ildə aparıcı şirkətlərin üçdə iki hissəsi təmiz investisiyalarını artırıb", – deyə Saymon Stil qeyd edib.

O, şəhərlər və regionların vacib tərəfdaşlar halına gəldiyini, yerli səviyyədə kritik məlumat təqdim edərək, hökumətlərə fərdi həllər təklif etdiyini vurğulayıb.

İqlim dəyişikliyi ilə mübarizənin dayanıqlılığının artırılması məsələsini önə çəkən S.Stil, təbii mühafizə həlləri və davamlı təchizat zəncirlərinin vacibliyini qeyd edib.

"Dünya dayanıqlılığa ehtiyac duyur, biznesləri və icmaları uyğunlaşma tərəfdarları olaraq çıxış etməyə çağırıram", – Saymon Stil.

UNFCCC-nin İcraçı katibi yekun olaraq hökumətləri növbəti milli iqlim planları mərhələsində bu əməkdaşlığı gücləndirməyə çağırıb.

"Birlikdə bu işi yerinə yetirə bilərik," – deyə o, qlobal miqyasda iqlim böhranına qarşı mübarizədə birliyə çağırıb.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti