...

Qəzzada ölü və itkin düşənlərin sayı 43 mini keçə bilər

Dünya xəbərləri Materials 14 Noyabr 2024 04:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayının 43 min nəfəri keçə biləcəyi ehtimal olunur.

Trend xəbər verir ki, bu məlumatı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini jurnalistlərə açıqlayıb.

"Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, təxminən 43 min insan ölüb. Dağıntılar altında qalan və itkin düşənlərin sayını da nəzərə alsaq, ümumi rəqəmin 43 mindən çox ola biləcəyi ehtimal edilir," - deyə o qeyd edib.

Son statistikaya görə, 2023-cü ilin oktyabr ayından etibarən davam edən Fələstin-İsrail münaqişəsində ölənlərin sayı 43 mini keçib, yaralıların sayı isə 103 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti