...

Polşada prezident seçkilərinin tarixi 2025-ci ilin yanvarında məlum olacaq

Dünya xəbərləri Materials 14 Noyabr 2024 04:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşada prezident seçkilərinin keçirilmə tarixi 2025-ci ilin yanvar ayının əvvəlində müəyyən ediləcək.

Trend xəbər verir ki, bu barədə Seym (Polşa parlamentinin aşağı palatası) spikeri Şimon Holovniya məlumat verib.

Holovniyanın sözlərinə görə, bu qərar katoliklərin Epiphany bayramından (6 yanvar) dərhal sonra elan ediləcək. “Biz bu qərarı təxirə salmayacağıq, mümkün olan ən yaxın zamanda, bayramdan sonra tarix barədə elan etməyə çalışacağam,” – deyə o, Radio Zet-ə bildirib.

Holovniya həmçinin vurğulayıb ki, prezidentlik kampaniyasında iştirakına baxmayaraq, Seymdəki vəzifələrini icra etməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti