...

Geri addım atmayacağıq və 1.5 hədəfinə çatmaq üçün çalışacağıq - Braziliyalı nazir

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 12:28 (UTC +04:00)
Geri addım atmayacağıq və 1.5 hədəfinə çatmaq üçün çalışacağıq - Braziliyalı nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biz 400 milyon tondan çox karbon emissiyasının qarşısını aldıq ki, bu da bir çox ölkələrin illik emissiyasından daha böyükdür.

Trend xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva COP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib.

Nazir bildirib ki, buna görə də üç COP Sədrliyi ölkələrin ambisiyaları artırmaq və Müəyyənləşdirilmiş Milli Töhfələrini həyata keçirmək üçün əsas imkan və çətinliklərini bilmək istəyir:

“Məqsədimiz birlikdə həll yollarını müəyyən etmək və COP30-a doğru fəaliyyətimizi gücləndirməkdir. Mən bu prosesdə konstruktiv iştirakınıza görə hamınıza təşəkkür edirəm. Əminəm ki, bu proses nəticəsində biz geri addım atmayacağıq və COP28-də müəyyən edilmiş 1.5 hədəfinə çatmaq üçün çalışacağıq”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti