...

Yaponiya və Böyük Britaniya ABŞ ilə ticarət danışıqlarında əməkdaşlıq edəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2024 06:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya və Böyük Britaniya yeni iqtisadi məsləhətləşmə formatı başlatmaq və ABŞ ilə ticarət danışıqlarında əməkdaşlıq etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı biznes qəzeti Nikkei məlumat yayıb.

Yeni danışıqlar formatı “iki üstəgəl iki” prinsipinə əsaslanacaq və bu görüşlərdə həm xarici siyasət, həm də iqtisadi idarələrin rəhbərləri iştirak edəcək. Hədəf, proteksionist yanaşmalarla pozulmuş qlobal iqtisadi nizamı bərpa etməkdir. Bu mövzu Yaponiyanın baş naziri Şiqeru İşiba ilə Böyük Britaniyanın baş naziri Keir Starmer arasında Rio-de-Janeyroda keçiriləcək "İyirmilik" (G20) sammiti çərçivəsində ətraflı müzakirə ediləcək. Həmçinin, Böyük Britaniya ABŞ ilə birlikdə Yaponiyanın “iki üstəgəl iki” iqtisadi dialoq formatına malik olan ikinci ölkə olacaq.

Noyabrın 5-də keçirilən ABŞ seçkilərində Donald Tramp, Demokratların namizədi Kamala Harrisi məğlub edib və Respublikaçılar ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti